Türkiyənin “İğdır” qəzetində “Nuhçıxan” İnformasiya Agentliyinin bir yaşının tamam olması ilə bağlı yazı verilib. Agentliyin baş redaktoru Səməd Canbaxşiyevin yazdığı məqaləni qəzet “Dost media qurumu NUHÇIXAN İnformasiya Agentliyi bir yaşını qeyd edir” başlığı ilə oxuculara təqdim edib. Yazıda Naxçıvanın ilk rəsmi informasiya agentliyi olan “Nuhçıxan” İnformasiya Agentliyinin bir il ərzində uğurlu fəaliyyəti, media qurumu kimi gördüyü işlər, yerli və əcnəbi kütləvi informasiya vasitələri ilə yaratdığı əlaqələr yer alıb.