Azad Cabbarov: “Nuhçıxan” İnformasiya Agentliyi Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən tədbirləri dəqiq və hərtərəfli işiqlandırır
Aprelin 1-də Nuhçıxan İnformasiya Agentliyinin yaradılmasının bir ili tamam olur. Bu münasibətlə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov agentliyi təbrik edib:
“Adı qədim, özü müasir olan agentlik muxtar respublikanın bugünkü inkişafını sürətlə təkcə Azərbaycanımıza deyil, bütün dünyaya çatdırır. Agentliyin fəaliyyəti nəticəsində Nuh yurdunun qazandığı uğurlar, qələbələr, baş vermiş bütün proseslər dünyanın müxtəlif ölkələrinə yayılan həmvətənlərimizə operativ şəkildə çatdırılır.
Agentlik Naxçıvanın zəngin turizm potensialını, muxtar respublikada baş verən yenilikləri, əldə olunan inkişafı veriliş, videoçarx və xəbər sujetləri vasitəsilə geniş tamaşaçı kütləsinə anında ötürür və təbliğ edir, Naxçıvan Muxtar respublikası Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər dəqiq və hərtərəfli işiqlandırılır.
Naxçıvan Muxtar respublikası Gənclər və İdman Nazirliyi adından fəaliyyətə başlamanızın bir illiyi münasibəti ilə bütün kollektivinizi təbrik edirik. Əminik ki, “Nuhçıxan” İnformasiya Agentliyi bundan sonra da öz səmərəli fəaliyyəti ilə seçiləcək, Naxçıvan Muxtar Respublikası ilə bağlı xəbər və məlumatları operativ şəkildə öz izləyicilərinə çatdıracaqdır.
Hörmətlə,
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov”