Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Hadisə Mustafa Kamal Atatürk küçəsində baş verib.

Belə ki, 75 BE 667 dövlət nömrə nişanlı “Niva” markalı avtomobillə 75 BE 955 dövlət nömrə nişanlı “Kia” markalı avtomobil toqquşub. Qəza nəticəsində avtomobillərdən biri aşıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: