Ötən il 76 mindən çox aztəminatlı ailəyə 420 milyon manat məbləğində ünvanlı sosial yardım ödənişi həyata keçirilib

A- A A+

2025-ci ildə 76 mindən çox aztəminatlı ailəyə 420 milyon manat məbləğində ünvanlı sosial yardım ödənişi həyata keçirilib. Bu məbləğ 2024-cü ilin göstəricisi ilə müqayisədə 22 milyon manat çox olub.

NUHÇIXAN xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev fondun 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair mətbuat konfransında çıxışı zamanı deyib.

Zəka Mirzəyevin sözlərinə görə, bu da həmin 76 mindən çox aztəminatlı ailənin 336 minə yaxın ailə üzvünə şamil edilib.

"Bundan əlavə, 2025-ci ilin dekabrın 22-də Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq ötən il dekabrın 30-na ünvanlı sosial yardım alan ailələrə 200 manat məbləğində birdəfəlik yardımlar verildi. Bunun üçün dövlət büdcəsindən 15 milyon 300 min manat məbləğində vəsait ayrıldı", - deyə o qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: