Culfada avtomobil qaz xəttinə çırpılıb, beş kənd qazsız qalıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası (MR) Culfa rayonunda avtomobilin qaz xəttinə çırpılması nəticəsində beş kənd qazsız qalıb.
NUHÇIXAN-ın məlumatına görə, Culfa rayon Milax kəndində avtomobil d-100 mm-lik orta təzyiqli qaz xəttində qəza törədib.
Təhlükəsizlik səbəbilə rayonun beş kəndində (Milax, Teyvaz, Ərəfsə, Ləkətağ və Boyəhməd ) 545 abonentin təbii qaz təchizatı dayandırılıb.
Qazın verilişinin gün ərzində bərpa olunması planlaşdırılır.