Bu il Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin 96, 6 faizi əhaliyə ödənişlərə sərf olunacaq - VİDEO
Bu il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ümumi xərclərinin 8 milyard 483 milyon manat, büdcə gəlirlərinin isə 8 milyard 323 milyon manat olacağı nəzərdə tutulub.
NUHÇIXAN xəbər verir ki, bunu DSMF-nin İdarə Heyətinin sədri Zəka Mirzəyev fondun 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair mətbuat konfransında çıxışı zamanı deyib.
"2026-cı il büdcə xərcləri kəsirinin maliyyələşməsinə Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərindən 160 milyon manat vəsait ayrılıb. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin 96, 6 faizi, yəni 8, 2 milyard manatı əhaliyə ödənişlərə sərf olunacaq", - deyə Z. Mirzəyev qeyd edib.