Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının növbəti 59 nəfər üzvü qış istirahəti layihəsindən yararlanıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, yanvarın 17-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının ittifaq üzvlərindən növbəti 59 nəfər üçün Ağbulaq İstirahət Mərkəzində iki günlük qış istirahət proqramı təşkil olunub. İstirahət müddətində iştirakçılara gündə üç dəfə müxtəlif və dadlı yeməklər təqdim edilib. 

Mərkəzdə təşkil olunan canlı musiqi proqramı, intellektual bilik yarışı, cizgi film personajlarının iştirakı ilə keçirilən əyləncəli oyunlar ittifaq üzvlərinin asudə vaxtını daha maraqlı və yaddaqalan edib. Bununla yanaşı, iştirakçılar xizək meydançası, kanat xətti və digər əyləncəli aktivliklərdən yararlanaraq qış istirahətlərini yüksək əhval-ruhiyyə ilə keçiriblər.

Qeyd edək ki, layihə çərçivəsində Şuranın ittifaq üzvləri aldıqları yollayışların dəyərinin cəmi 15 faizini ödəməklə Ağbulaq İstirahət Mərkəzində yaradılan bütün şəraitlərdən və xidmətlərdən geniş şəkildə faydalanıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: