2025-ci ildə pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 9 faiz (616 milyon manat) çox olmaqla 7 milyard 111 milyon manat vəsait yönəldilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, keçən ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb, fevralın 1-dən isə minimum pensiya 14,3 faiz artırılaraq 280 manatdan 320 manata çatdırılıb.
Pensiyaların orta aylıq məbləği 9 faiz artımla 543 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 578 manata çatıb.
Son bir ildə 41 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 178 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
