Səlahiyyətli nümayəndə muxtar respublikanın bir qrup ziyalısı ilə görüşüb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında” Sərəncamı ilə muxtar respublikanın elm, təhsil, səhiyyə və sosial-iqtisadi həyatında uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə təltif olunmuş şəxslərlə görüşüb. Görüş zamanı onların illər ərzində göstərdikləri xidmətlərin cəmiyyətin inkişafında mühüm rol oynadığı vurğulanıb.

Təltif edilən şəxsləri əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edən səlahiyyətli nümayəndə, onların peşəkar fəaliyyətinin gənc nəsil üçün nümunə olduğunu qeyd edib. Bildirilib ki, bu sahələrdə aparılan ardıcıl və məqsədyönlü fəaliyyət muxtar respublikanın sosial-iqtisadi inkişafına mühüm töhfə verir.

Görüşdə təltif olunan şəxslər uzunmüddətli fəaliyyətlərinə verilən yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə edib, bundan sonra da ölkəmizin inkişafı naminə fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər.

Səmimi şəraitdə baş tutan görüşdə fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr və gələcək fəaliyyət istiqamətləri ilə bağlı ümumi müzakirələr həyata keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: