Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib - VİDEO
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər işçiləri 20 Yanvar - Ümumxalq Hüzn Günü ərəfəsində Şəhidlər xiyabanını ziyarət ediblər.
Müdafiə Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, 20 Yanvar şəhidlərinin məzarları üzərinə gül dəstələri düzülüb, Vətənimizin azadlığı, müstəqilliyi uğrunda canlarını fəda etmiş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad olunub.