NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov 28 yanvarda Sədərək rayonunda vətəndaşları qəbul edəcək.
Vətəndaşlar 20-23 yanvar tarixlərində Nümayəndəliyə rəsmi şəkildə ([email protected]) müraciət edərək və ya (036-544-01-43) nömrəsinə zəng vurmaqla qeydiyyata yazıla bilərlər.
Vətəndaşların qəbulu əvvəlcədən tərtib edilmiş qeydiyyat siyahısına əsasən həyata keçiriləcək.
