Ötən il Azərbaycanda neçə müəssisəsinin həddən artıq çirklənməyə səbəb olduğu açıqlanıb

A- A A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri 2025-ci ildə 1571 müəssisədə müvafiq müayinələr aparıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, monitorinq nəticəsində su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunmuş müəssisələrin 54,3 faizində, atmosfer havasının çirkləndirilməsi üzrə tədqiq olunmuş müəssisələrin 53 faizində, torpaq ehtiyatlarının çirkləndirilməsi üzrə isə müayinəyə cəlb olunmuş müəssisələrin 26,3 faizində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınıb.

Məlumatda həmçinin qeyd olunub ki, təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə ötən il inzibati məsuliyyətə cəlb olunmuş 1319 nəfər vəzifəli şəxs və vətəndaşlara 1614 min manat məbləğində inzibati cərimə sanksiyası tətbiq edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: