Yanvarın 20-si saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da qəhrəman şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
NUHÇIXAN xəbər verir ki, hüzn əlaməti olaraq dövlət bayraqları yarıyadək endirilib, sərnişinlərin, nəqliyyatın hərəkəti bir dəqiqəlik dayandırılıb.
Qeyd edək ki, Qanlı Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar muxtar respublikanın şəhər və rayonlarında şəhidlərin xatirəsi anılır, 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir.
Yanvarın 20-də səhər saatlarından başlayaraq Naxçıvan şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət edən insanlar qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə tər çiçəklər düzürlər.
