DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər - FOTOLAR
20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini dərin hüznlə anıblar.
NUHÇIXAN xəbər verir ki, DTX-nin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub, Şəhidlər xiyabanında dəfn olunmuş Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət edilib.