İranın qərbində - Kirmanşah əyalətində 5,2 bal gücündə zəlzələ baş verib.
NUHÇIXAN xarici KİV-ə istinadla xəbər verir ki, Tehran Universiteti Seysmologiya Mərkəzindən bu barədə məlumat verilib. Episentri Sumar qəsəbəsinin 10 kilometr dərinliyində yerləşən zəlzələ yerli vaxtla 14:37–də qeydə alınıb. Kirmanşah valisi Huşəng Bazvənd təbii fəlakət nəticəsində insan tələfatının olmadığını bildirib.