Ziya Bünyadov prospektində baş verən yanğınla mübarizəyə 18 texnika və 70 nəfərdən ibarət canlı qüvvə cəlb olunub
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən obyektdə baş vermiş yanğının söndürülməsi əməliyyatı davam edir.
Bu barədə NUHÇIXAN-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin ümumilikdə 18 ədəd texnikası və 70 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub.
Əlavə məlumat veriləcək.
