Yasamalda 20 kiloqram marixuana aşkarlanıb

A- A A+

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatları davam etdirirlər. Növbəti tədbir zamanı əvvəllər də analoji cinayətə görə məhkum olunmuş 24 yaşlı Əliağa Novruzzadə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, onun üzərindən və yaşadığı evdən çoxsaylı bükümdə ümumi çəkisi 20 kiloqram 486 qram tərkibinə zərərli maddələr əlavə olunmuş marixuana və narkotiklərin satışında istifadə edilən elektron tərəzi aşkarlanıb.

Saxlanılan şəxs narkotikləri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının göstərişi ilə əldə etdiyini bildirib. O, bükümlərə ayırdığı narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə foto və video çəkilişlər vasitəsilə iranlı narkotacirə məlumat verib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: