Millət vəkili:  “Mən Naxçıvanla bağlı xəbərləri daha çox “Nuhçıxan” İnformasiya Agentliyinin saytında izləyirəm”

A- A A+

Naxçıvan Dövlət Teleradiosunun yaranmasının 87, “Nuhçıxan” İnformasiya Agentliyinin fəaliyyətə başlamasının bir illiyi münasibətilə  göndərilən təbriklər davam edir. Bu dəfə Millət vəkili, tanınmış jurnalist Sahib Alıyev bu münasibətlə kollektivimizə məktub ünvanlayıb. Təbrik məktubunda deyilir:

“Mən zamanında alman jurnalistikası üzrə ixtisaslaşmışam və orada keyfiyyətli jurnalistika deyiləndə onun qiymətləndirilməsi tutaq ki, Birləşmiş Ştatlarda olduğu kimi kütlənin öhdəsinə buraxılmır, dərc edilən yazı, efirə gedən materialların konstitusiyon və ictimai tələblərə nə dərəcədə cavab verməsi ön planda olur. Bu baxımdan götürdükdə bütövlükdə Naxçıvan Muxtar Respublikasının jurnalistləri, o sıradan da yaranmasından 87 il ötən Naxçıvan Teleradiosu və onun tərkibində fəaliyyət göstərən, bu gün bir yaşını qeyd edən “Nuhçıxan” İnformasiya Agentliyinin əməkdaşları Azərbaycanda sözün yaxşı mənasında fərqlənirlər. Məhz ona görə də cəmi bir ildir yaranmasına baxmayaraq mən Naxçıvanla bağlı xəbərləri daha çox “Nuhçıxan” İnformasiya Agentliyinin saytında izləyir, Naxçıvan Dövlət Televiziyasının bir sıra verilişlərinə maraqla baxıram. Orada çalışan həmkarlarımı bu özəl və gözəl gündə təbrik edir, yaradıcılıq uğurları, Günnütdə olduğu kimi qələbə müjdəli yeni xəbərlərlə bizi sevindirmələrini arzulayıram!”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: