Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin yaz sessiyası üçün iş planının layihəsi təsdiqlənib

A- A A+

Yanvarın 21-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib.

NUHÇIXAN xəbər verir ki, iclasda 2025-ci ilin payız sessiyası dövründə komitənin gördüyü işlər barədə hesabat dinlənilib, 2026-cı ilin yaz sessiyası üçün iş planı layihəsi barədə məlumat verilib, cari məsələlərin müzakirəsi aparılıb.

Komitə sədri Fazil Mustafa bildirib ki, 2025-ci ilin payız sessiyası dövründə komitənin 4 iclası keçirilib və 6 məsələyə baxılıb.

Sessiya ərzində “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi digər komitələrlə birlikdə komitədə müzakirə olunub və Milli Məclisdə qəbul edilib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2026-cı il yaz sessiyası üçün iş planının layihəsi barədə də danışan komitə sədri bildirib ki, gələn sessiyada qanunvericilik təşəbbüsü əsasında təqdim olunan qanun layihələri müzakirə olunacaq, bir sıra mövzularda ictimai müzakirələr, vətəndaşlarla və dini konfessiyaların nümayəndələri ilə mütəmadi görüşlər keçiriləcək.

Komitənin ötən sessiyada fəaliyyəti qənaətbəxş hesab olunub və növbəti sessiya üçün iş planının layihəsi təsdiqlənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: