Paytaxtın Nizami rayonunda oğurluq hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, iki naməlum şəxs rayon ərazisindəki bir evə daxil olaraq 1500 manat dəyərində qızıl-zinət əşyaları və elektrik avadanlıqları oğurlayıblar.
Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 28 yaşlı Vurğun İbrahimov və qardaşı 36 yaşlı Müşfiq İbrahimov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma zamanı onların paytaxtın ayrı-ayrı rayonlarında yerləşən evlərdən və iki avtomobildən oğurluq etdikləri məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
