Yanvarın 22-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2026-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.
NUHÇIXAN xəbər verir ki, komitə sədri Sadiq Qurbanov iclasın gündəliyin 3 məsələnin daxil edildiyini bildirib. Komitə sədri Prezident İlham Əliyevin yürütdüyü siyasətin dövlətimizin enerji və ekologiya sahələrində yeni mərhələyə qədəm qoymasına, enerji təhlükəsizliyində beynəlxalq etibarlılığın artmasına və regional əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıb.
Gündəliyin birinci məsələsi olan “Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2025-ci ilin payız sessiyası ərzində fəaliyyəti barədə hesabatı təqdim edilib. Bildirilib ki, hesabat dövründə komitənin 7 iclası keçirilib və 19 məsələyə baxılıb. 3 qanun layihəsi üçüncü oxunuşda, 3 qanun layihəsi isə birinci oxunuşda baxılaraq, Milli Məclisin müzakirəsinə tövsiyə olunub.
Sonra komitə sədri Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2026-cı ilin yaz sessiyasında görüləcək işlər barədə məlumat verib.
Daha sonra iclas cari məsələlərin müzakirəsi ilə davam edib.
Gündəlikdəki məsələlərin müzakirəsində komitə üzvləri çıxış edərək rəy və təkliflərini bildiriblər.
İclasda müzakirə olunan məsələlər təsdiqlənib.
