Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Əyyub Məlikov və əvvəllər məhkum olunmuş Ramil Quliyev saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, onladan 12 kiloqram 635 qram marixuana, 2 kiloqram 880 qram tiryək, 1 kiloqrama yaxın metamfetamin və 800 ədəd psixotrop tərkibli metodon həbi aşkarlanıb.
Saxlanılanların narkotik vasitələri satmaq məqsədi ilə əldə etdikləri məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb. Ə.Məlikov və R.Quliyev barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
