Təkcə xərçəng xəstəliyi təşviş yaratmır, bunun əksi də baş verir

A- A A+

Hər bir insan öz həyatının bu və digər dövründə streslə qarşılaşır. Bir çoxları stress halını hər gün, xüsusən də işdə və evdə yaşayırlar. Lakin stress və həyəcanlı vəziyyət – bunlar eyni hal deyildir. Təşviş hissi hər hansı, bəzən hətta izahedilməz və müəyyən edilməyən məsələ üzrə daimi və yüksək narahatlıq kimi xarakterizə olunur. Dünyada təxminən 264 milyon insan (bu, planet əhalisinin 4 faizinə bərabərdir) izahedilməz təşviş vəziyyətində yaşayır.

Təşviş vəziyyətinin orqanizmdə onkoloji xəstəliyin inkişafına şərait yarada bilməsi bir çoxlarını maraqlandıran məsələdir. Bu, mümkündürmü?

Təhlükəli diaqnozun qoyulmasının insanın şüurunda təşviş hissləri yarada biləcəyi birmənalıdır. Lakin bunun əksi mümkündürmü? Bəs daimi narahatlıq xərçəng xəstəliyini yarada bilərmi?

NUHÇIXAN xəbər verir ki, bu günlərdə Macarıstan Elmlər Akademiyasında keçirilən konfrans bu məsələyə həsr edilib. Bu suala macarıstanlı alimlərin apardıqları tədqiqatlar “hə” cavabı verir.

Eyni zamanda, hər şey o qədər də təzadlı deyil. 2013-cü ildə başlanan və Macarıstanın Ümumi Elmi Kitabxanasının (PLOS) jurnalında dərc edilən tədqiqatların nəticələri göstərib ki, “generalizə olunmuş təşviş pozuntusu” (GAD) diaqnozu qoyulan insanlar arasında ümumi xərçəng riski daha yüksəkdir. 2016-cı ildə Böyük Britaniyada yüz minlərlə qadın üzərində aparılan digər tədqiqatda təşviş pozuntusunun süd vəzisi xərçəngi riskini artırdığı göstərilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: