Ötən gün 67 cinayətin açılması təmin olunub

A- A A+

Yanvarın 22-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 154, o cümlədən borclu şəxs qismində axtarışda olan 125, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 və dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqədar 29 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 9 kiloqramdan artıq narkotik vasitə və 120 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 3 tapança, 21 tüfəng, 2 patron darağı və 11 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər də saxlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: