Ali Məclisin deputatı Qəzənfər Abdullayev Ərəzin kənd sakinləri ilə görüşüb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qəzənfər Abdullayev Culfa rayonunun Ərəzin kəndində vətəndaşlarla görüş keçirib. Görüş zamanı deputat kəndin sosial-iqtisadi vəziyyəti ilə maraqlanıb, sakinləri narahat edən məsələləri diqqətlə dinləyib. Vətəndaşlar tərəfindən qaldırılan problemlər və irəli sürülən təkliflər qeydiyyata alınıb. Deputat Qəzənfər Abdullayev müraciətlərin araşdırılaraq aidiyyəti üzrə müvafiq dövlət qurumlarına təqdim ediləcəyini bildirib.
Görüşün sonunda kənd sakinləri göstərilən diqqət və qayğıya görə deputata təşəkkürlərini bildirərək, bu cür görüşlərin mütəmadi şəkildə keçirilməsinin əhəmiyyətini vurğulayıblar.