NUHÇIXAN-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikasının ərazisinə yağan güclü qar yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olub.
Belə ki, Naxçıvan şəhərinə və muxtar respublikanın rayonlarına yağan intensiv yağıntı nəticəsində bəzi ərazilərdə hərəkət çətinləşib. Hazırda rayonlara gedən magistral avtomobil yollarında hava şəraitinin kəskin dəyişməsi səbəbindən buzlaşma müşahidə olunur.
Buz bağlayan yol sahələri nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər yaradıb. Sürücülərin ehtiyatsızlığı və sürüşkən yol şəraiti qəzaların baş verməsinə gətirib çıxarıb.
Qeyd edək ki, yağıntılı hava şəraiti bölgədə davam edir. Müvafiq qurumlar tərəfindən yollarda təhlükəsizliyin təmin olunması məqsədilə tədbirlər görülür.
