2025-ci ildə qeyri-leqal dövriyyədən 2024-cü illə müqayisədə 961 kiloqram çox - 5 ton 675 kiloqram narkotik vasitə çıxarılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 2025-ci ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında məlumat verilib
Bildirilib ki, 272 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, onlayn satışla bağlı 2 ton 724 kiloqram müvafiq vasitə aşkarlanıb, qanunsuz kultivasiya edilən və yabanı halda bitən 294 tondan artıq çətənə və xaş-xaş kolu yığılaraq məhv edilib, narkotiklərlə əlaqəli cinayətlərə görə 88 cinayətkar qrup zərərsizləşdirilib.
