NUHÇIXAN xəbər verir ki, “Kətə” festivalı aprelin 16-17-də “Naxçıvanqala“ Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunacaq.
Festivalda “Ən dadlı kətə” nominasiyası üzrə müsabiqə təşkil ediləcək. Hazırlanan kətələr görünüşü, çeşid müxtəlifliyi və dadına görə münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir. Festivalda muxtar respublikanın rayonları və Naxçıvan şəhərindən 200-ə yaxın kətə ustası o cümlədən, təsərrüfat subyekti iştirak edəcək.
Festivalda konsert proqramları da təqdim olunacaq.
Qeyd edək ki, hər il “Naxçıvanqala“ Tarix-Memarlıq Muzey Kompleksində təşkil edilən “Göycə”, “Arıçılıq məhsulları-bal”, “Milli geyimlər festivalı”, “Ailə təsərrüfatı məhsulları” festivalı və “Kətə” kimi festivallara çox sayda turist də qatılır.