Ekoloji monitorinqlər davam edir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən monitorinqlər davam etdirilir. Növbəti monitorinq Culfa  rayonu ərazisində  aparılıb.                                                              

Monitorinqlərə ilk olaraq Culfa şəhər Su Təmizləyici Qurğular Kompleksindən və Dizə kəndindəki Qarakol kəhrizindən analizlər götürülməsi ilə başlanılıb. Yoxlamalar zamanı suyun tərkibindəki hidrogenin və həll olunmuş  oksigenin miqdarı, elektrik keçiriciliyi, digər parametrlər nəzərdən keçirilib.    

Sonra Naxçıvan-Culfa magistral yolu kənarında 2 hektar ərazidə əkilən 700-ə yaxın badam tinglərinə baxış keçirilib. Baxış zamanı otarılmaya və quruma hallarına rast gəlinməyib. Sonra Dizə, Yaycı və Gülüstan kəndlərində monitorinqlər davam edib. Yoxlamalar zamanı məlum olub ki, yaşıllıqlara vaxtlı-vaxtında qulluq göstərilir, həmin kəndlərdəki küçələr təmiz saxlanılır və tullantı qutuları vaxtında boşaldılır.

Şəhər yaxınlığında yerləşən məişət tullantıları poliqonunda aparılan yoxlamalar zamanı məlum olub ki, tullantıların bir hissəsi basdırılıb, basdırılmayan ərazilərdə isə işlər görülür.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tədbirlər Planına uyğun olaraq monitorinqlər il ərzində digər rayonlarda da davam etdiriləcək.

 

Ərhan Novruzov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: