“Polis-vətəndaş münasibətləri” mövzusunda tədbir olub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şərur rayonunda “Polis-vətəndaş münasibətləri” mövzusunda tədbir keçirilib. 

Polis veteranları və ictimai şura üzvlərinin iştirakı ilə keçirilən tədbirdə Şərur Rayon Polis Şöbəsinin rəisi, polis mayoru Nəriman İbrahimov  bildirib ki, polis-vətəndaş münasibətlərinin daha da təkmilləşdirilməsi məqsədilə rayonda mütəmadi olaraq tədbirlər həyata keçirilir, yaşayış məntəqələrində vaxtaşırı açıq qapı günləri olur, vətəndaşların hər birinin müraciətinə həssaslıqla yanaşılır.  Rayonda hüquq qaydalarının təmin olunması işində əhalinin təşəbbüsü artıb - deyən polis şöbəsinin rəisi diqqətə çatdırıb ki, bunun nəticəsi olaraq rayonda ağır cinayət hadisəsi və ictimai asayişin pozulması halları qeydə alınmayıb.

Nəriman İbrahimov qeyd edib ki, rayon polis şöbəsi tərəfindən vətəndaşların hüquqlarının müdafiəsi məsələləri ilə yanaşı ətraf mühitin mühafizəsi və tarixi mədəniyyət abidələrinin qorunması da diqqət mərkəzində saxlanılır. Bu məqsədlə ardıcıl olaraq əhali arasında maarifləndirmə tədbirləri keçirilir.

Tədbirdə Şərur rayon Polis Veteranları Şurasının sədri Elxan Həsənov və İctimai Şura üzvü Kamil Cəlilov çıxış edərək polis-vətəndaş münasibətlərinin tənzimlənməsi sahəsində görülən işləri yüksək qiymətləndirib, yerlərdə polislə qarşılıqlı əlaqələrin daha da yaxşılaşdırılması üçün təkliflər irəli sürüblər.

 

Mədinə Rəhimli

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: