Növbəti 59 nəfər həmkarlar ittifaqı üzvü üçün iki günlük həftəsonu istirahəti təşkil edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, yanvarın 25-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası növbəti 59 nəfər üzvü üçün Ağbulaq İstirahət Mərkəzində həftəsonu iki günlük qış istirahəti proqramı təşkil edib.

İstirahət proqramı çərçivəsində iştirakçılar gündə üç dəfə təqdim olunan dadlı yeməklərdən istifadə etməklə yanaşı, xizək meydançası və kanat xəttində də aktiv vaxt keçiriblər. Mərkəzdə təşkil olunan canlı musiqi proqramı, intellektual bilik yarışması, şahmat turniri və cizgi film personajlarının iştirakı ilə keçirilən əyləncələr onların asudə vaxtını daha maraqlı və yaddaqalan edib.

Qeyd edək ki, həftəsonu qış istirahət proqramı çərçivəsində Şuranın ittifaq üzvləri aldıqları yollayışların dəyərinin cəmi 15 faizini ödəməklə Ağbulaq İstirahət Mərkəzində yaradılan bütün şəraitlərdən və xidmətlərdən geniş şəkildə faydalana bilərlər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: