Naxçıvanda 5 nəqliyyat vasitəsi hərrac yolu ilə özəlləşdirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlərinə Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın dövlət qurumlarına məxsus 15 nəqliyyat vasitəsinin özəlləşdirilməsi ilə bağlı hərrac keçirilib.

5 nəqliyyat vasitəsinin hərracında iştirak etmək üçün 7 sifarişçi qeydiyyatdan keçib. Rəqabətli keçən prosesdə nəqliyyat vasitələri üzrə 5 qalib müəyyənləşdirilib.

Digər 10 nəqliyyat vasitəsinə isə sifariş olmadığından həmin hərraclar baş tutmamış hesab edilib.

Qeyd edək ki, nəqliyyat vasitələrinin özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 12 fevral 2026-cı il tarixdə keçiriləcəkdir. Keçiriləcək hərraclarla bağlı ətraflı məlumatı Əmlak Məsələləri Dövlət Xidmətinin (http://nemlak.gov.az/az/) və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin (http://nauksion.gov.az) rəsmi saytlarından əldə etmək olar.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: