Ölkə əhalisinin 4,9 milyona yaxın hissəsini məşğul əhali təşkil edib

A- A A+

Dövlət Statistika İdarəsinin verdiyi məlumata görə, bu il martın 1-inə olan ilkin statistikaya əsasən iqtisadi fəal əhalinin sayı 5129,9 min nəfər olub və onlardan 4876,0 min nəfərini məşğul əhali təşkil edib.

Həmin mənbədən NUHÇIXAN-a bildirilib ki, bu il fevralın 1-inə olan məlumata görə, muzdla işləyənlərin sayı 1523,8 min nəfər olub. Onlardan 862,8 min nəfər dövlət sektorunda, 661,0 min nəfər isə qeyri-dövlət sektorunda çalışıb. Neft sektorunda çalışanların sayı 34,3 min nəfər, qeyri-neft sektorunda çalışanlar isə 1489,5 min nəfər təşkil edib.

Müəssisə və təşkilatlarda muzdla çalışanların 22,9 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,2 faizi emal sənayesində, 6,6 faizi tikintidə, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,2 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində işləyənlər olub.

Xidmət sahəsində işləyənlərin 21,9 faizi təhsil, 18,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi istirahət, əyləncə və incəsənət, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 1,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,7 faizi informasiya və rabitə, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: