AQTA: Açıq şəkildə satılan kələm turşusu məhsulu ilə bağlı araşdırma aparılır - FOTOLAR

A- A A+

Sosial şəbəkələrdə yayılan görüntülərdə açıq satışda olan kələm turşusu məhsulunun rənginin süni şəkildə dəyişdirilməsi ilə bağlı iddialar irəli sürülüb. Məsələ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, aparılan araşdırmalar çərçivəsində Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində “Meyvəli bazarı” və bazarətrafı ərazidə nəzarət tədbirləri həyata keçirilib.

Rəngləyici xammaldan və məhsuldan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Nəticələrlə bağlı əlavə məlumat veriləcək.

Agentlik istehlakçıları qida məhsulları alarkən diqqəti olmalarını və mənşəyi məlum olmayan məhsulları istehlak etməməyi tövsiyə edir. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək.

Daha ətraflı məlumatı videosüjetdən əldə etmək olar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: