Övladlığagötürmə ilə bağlı müraciətlərin daha çox hansı bölgələrdən olduğu açıqlanıb

A- A A+

Statistikaya əsasən, övladlığagötürmə ilə bağlı ən çox müraciətlər Bakı sakinləri tərəfindən edilib və ötən il paytaxtda 115 uşaq övladlığa verilib. Bakıdan sonra Abşeron rayonu və Sumqayıt şəhəri üzrə göstəricilər üstünlük təşkil edir.

NUHÇIXAN-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verilib.

Bildirilib ki, siyahıda Gəncə, Cəlilabad, Bərdə, Sabirabad, Hacıqabul, İmişli və Lənkəran rayonları da ilk sıralardadır.

Qeyd edilib ki, ötən dövrdə respublika üzrə ümumilikdə 818, 2025-ci ildə isə 149 uşaq övladlığa götürülüb.

Eyni zamanda nəzərə çatdırılıb ki, övladlığagötürmə sahəsində dövlət siyasətinin icrası və tənzimlənməsi 2019-cu ilin noyabrından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Son illərdə elektron sistemin tətbiqi bu sahədə şəffaflığın və operativliyin artırılmasına mühüm töhfə verib. Övladlığa götürmək istəyən şəxslər “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsistemi vasitəsilə müraciətlərini elektron qaydada təqdim edə bilirlər. Qanunvericiliklə müəyyən olunmuş yaş həddi, sağlamlıq, ev şəraiti, gəlir tələblərini ödəyən subay və ya evli Azərbaycan vətəndaşları övladlığa uşaq götürə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: