Məktəb yaşlı uşaqların sağlamlığı diqqət mərkəzindədir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, məktəbəqədər və məktəb yaşlı uşaqların kütləvi profilaktik müayinələrinə start verilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq aprelin 2-dən 25-dək tam orta məktəblərin şagirdləri arasında profilaktika xarakteri daşıyan dərin tibbi müayinələr aparılacaq.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası  tərəfindən bu il Naxçıvan şəhərində 20 tam orta məktəbin şagirdləri yaz mövsümünün dərin tibbi müayinələrinə cəlb ediləcəkdir. Bu məqsədlə pediatr, oftalmoloq, stomatoloq, cərrah-ortoped, LOR, endokrinoloq, nevropatoloq, pediatr və digər ixtisaslı həkimlərdən ibarət briqada təşkil edilib. 

Müayinələrin normal təşkili üçün əvvəlcədən cədvəllər tərtib olunaraq məktəblərə göndərilib.

Dərin tibbi müayinələrə Naxçıvan şəhərindəki 1 nömrəli tam orta məktəbdən başlanılıb. İlk gün 400 şagird dərin tibbi müayinədən keçirilib. Hər hansı xəstəliyi olan şagirdlər üçün müvafiq məsləhətləşmələr, eləcə də lazımi müalicə tədbirləri təşkil edilib.

Qeyd edək ki, muxtar respublikanın rayonlarında da məktəbəqədər və məktəb yaşlı uşaqların kütləvi profilaktik müayinələrinə start verilib.

 

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: