Səlahiyyətli nümayəndə Sədərək rayonunda vətəndaşları qəbul edib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Sədərək rayonunda vətəndaşları qəbul edib.

Sədərək Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda 100-dən artıq rayon sakininin, o cümlədən şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının müraciətləri dinlənilib.

Qəbul zamanı vətəndaşlar əsasən sosial təminat, məşğulluq, əlillik, reabilitasiya, kommunal xidmətlər, içməli və suvarma su təsərrüfatı, həmçinin digər sosial məsələlərlə bağlı müraciətlər ediblər.

Səlahiyyətli nümayəndə qaldırılan məsələlərin hər birinin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacağını və onların həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirib.
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: