Maliyyə Tədris Mərkəzində növbəti təlim keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Maliyyə Tədris Mərkəzində növbəti təlim keçirilib. Sayca 7-ci olan bu təlimə Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində olan 4 sahə inzibati ərazi dairəsi üzrə, 4 inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdən və rayon icra hakimiyyətlərinin başçısı aparatından mühasiblər olmaqla ümumilikdə 15 nəfər maliyyə və mühasibatlıq sahəsində çalışan mütəxəssislər cəlb edilib.

Təlimdə Mərkəzin direktoru Sevinc Cabbarova Təsnifatda olan əlavə və dəyişikliklərin əhəmiyyəti və məqsədi barədə ümumi məlumat verib.

Sonra Nazirlik Aparatının digər əməkdaşları da mövzu ilə bağlı çıxışlar edib, yeniliklərlə bağlı ətraflı məlumat veriblər.  

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: