Naxçıvanda Regional Ailə mərkəzlərinin yaradılması istiqamətində işlər həyata keçirilir

A- A A+

Ötən il "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar Regional Ailə mərkəzlərinin yaradılması ilə bağlıişlər görülüb, tender sorğusu keçirilib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən NUHÇIXAN-a bildirilib ki, Şərur və Culfa Regional Ailə mərkəzlərinin layihə-smeta sənədlərinin satınalması məqsədilə keçirilmiş tender sorğusunun qalibi BİMD QSC ilə müqavilə bağlanılıb və layihələndirmə işlərinə başlanılıb.

Ötən il şirkət tərəfindən Şərur və Culfa Regional Ailə Mərkəzlərinin inzibati binalarının tikintisinin layihə smeta sənədləri hazırlanaraq komitəyə təqdim edilib. Tikiləcək Regional Ailə mərkəzlərinin inzibati binalarının tikintisinin layihə smeta sənədləri hazırda ekspertiza mərhələsindədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: