Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

A- A A+

Yanvarın 29-da ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 137, o cümlədən borclu şəxs qismində axtarışda olan 105, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 və dələduzluğa görə axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqədar 26 fakt müəyyən edilib.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən olunub. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 3 tapança, 6 qumbara, 3 alışdırıcı, 16 tüfəng, 6 patron darağı və 5609 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər də saxlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: