Zaqatalada keçmiş məhkumdan 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

A- A A+

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan NUHÇIXAN-a bildirilib ki, tədbir zamanı əvvəllər də analoji və digər cinayət əməllərinə görə məhkum olunmuş 62 yaşlı Elmi Məmmədov saxlanılıb.

Onun əlində olan bağlamaya baxış zamanı 4 kiloqram 300 qrama yaxın marixuana və tiryək aşkarlanıb.

Elmi Məmmədov ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan naməlum İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktlarla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: