Konstitusiya Məhkəməsində süni intellektdən istifadəyə əsaslanan yeni elektron platformanın ilkin versiyası hazırlanıb

A- A A+

Hazırda Konstitusiya Məhkəməsi daxilində tətbiqi nəzərdə tutulan və süni intellektdən istifadəyə əsaslanan yeni elektron platformanın ilkin versiyası hazırlanıb.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, bu barədə yanvarın 30-da Fərhad Abdullayevin sədrliyi ilə keçirilən Konstitusiya Məhkəməsi Aparatının 2025-ci ilin yekunlarına dair hesabat iclasında məlumat verilib.

Sədr Fərhad Abdullayev qeyd edib ki, yeni sistem informasiya təhlükəsizliyinin qorunması baxımından önəmli olmaqla yanaşı, bir sıra əsas vəzifələri də həyata keçirəcək, internetə çıxış olmadan süni intellektdən istifadə etməklə məlumatların çevik axtarışı və sənədlərin hazırlanması, məlumatların əməkdaşlar arasında operativ sənəd mübadiləsinin təşkili iş prosesini xeyli sadələşdirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: