Azərbaycanda 25 cinayət işi üzrə 858 kiloqramdan çox narkotik məhv edilib

A- A A+

Azərbaycanda yavarın 30-da qanunsuz dövriyyədən götürülən və barəsində məhvetmə qərarı qəbul edilən 25 cinayət işi üzrə ümumilikdə 858 kq 631,899 qram narkotik vasitələr və psixotrop maddələr, həmçinin 4745 ədəd həb və 240 paket güclü təsir edən maddə yandırılaraq məhv edilib.

Bu barədə NUHÇIXAN-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, ümumilikdə məhv edilən müxtəlif növ narkotik vasitələrin 453 kq 924,517 qr heroin, 394 kq 224,36 qr marixuana, 2 kq 245,25 qr tiryək, 5 kq 224,72 qr həşiş, 3 kq 002,052 qr, 22139 ədəd həb və 1056 ədəd ampul psixotrop maddə, həmçinin 4745 ədəd həb və 240 paket güclü təsir edən maddə təşkil etmişdir.

Məhv edilən narkotik vasitələrin dəyəri 52 milyondan artıq manat təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: