Naxçıvan şəhər İcra Hakimiyyətində “Məişət zorakılığı, erkən nikah, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan hüquqpozmalar və onların profilaktikası” mövzusunda tədbir keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan şəhər İcra Hakimiyyətində “Məişət zorakılığı, erkən nikah, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan hüquqpozmalar və onların profilaktikası” mövzusunda tədbir keçirilib.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhər İcra Hakimiyyətində “Məişət zorakılığı, erkən nikah, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan hüquqpozmalar və onların profilaktikası” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova açaraq mövzunun əhəmiyyətindən danışıb.

Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirliyinin əməkdaşı Azadə Əliyeva, Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirliyinin əməkdaşı Nigar Səfərova və Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin əməkdaşı Kənan Məmmədov mövzu ilə bağlı çıxış ediblər. 

Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: