Son illər məşğulluq imkanlarının, əməkhaqlarının, əmək müqavilələrinin sayının artımı Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda da davamlı artıma şərait yaradıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a məlumat verilib.
2018-2025-ci illərdə Fonda daxil olan sosial sığorta haqları üzrə illik vəsait 3 dəfəyə yaxın artaraq 2,3 milyard manatdan 6,5 milyard manata çatıb.
