Buz bağlayan yollarda sürüşmə nəticəsində alınan travmalar

A- A A+

Son zamanlar intensiz yağan qarın donması və sürüşmə nəticəsində can təhlükəsi və avtoqəzların sayı xeyli artıb. Hadisə zamanı təcili tibbi yardım və travmatologiya şöbələrinə müraciətlərin çoxalması ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasında travmatoloq-ortoped Amin İsmayılovla həmsöhbət olduq.

Həkim bildirdi ki, son dövrlərdə hava şəraiti ilə bağlı vətəndaşların mərkəzə müraciətləri artıb. Müraciətlər əsasən travmatoloji xəsarətlərdir ki, əzilmə, burxulma, sınma və çıxma ilə müşahidə olunur. 

Xəsarət aldıqda ilkin növbədə hərəkətsiz qalmaq lazımdır, təcili tibbi yardımla əlaqə saxlayıb, düzgün formada xəstəxanaya yerləşdirilməlidir. Xəsarətlər bir neçə növə bölünür, bunların ən yüngülü əzilmədir. Əzilməni az hərəkətsizliklə sağaltmaq olar. Ağır xəsarət zamanı ilkin növbədə ağrı və şişkinlik olur. Bu zaman buz kompresi qoyaraq, ağrı kəsici qəbul edib həkimə müraciət etmək lazımdır. 

Mövsümlə əlaqədar olaraq avtoqəzaların da sayı artıb. Belə hallarda xəstənin daşınması vacib faktordur. Xəstəyə yardım edərkən xəstəyə xəsarət verə bilərik. Hər hansı zədə alma zamanı, xəsarət yuxarı hissədədirsə, xəstənin qolunu boynundan asaraq, aşağı ətraflardadisa, uzadaraq hərəkətsiz bir şəkildə, xəstəxanaya gətirmək lazımdır. Hazırkı vəziyyətlə bağlı onu deyə bilərəm ki, yaşlı nəsil insanlar mümkün qədər az çölə çıxsın, əsasən də dizlərində deformasiya olan sakinlər. Onlarda yıxılmalar daha çoxdur. 60-70 yaş pasiyentlərdə isə bud sümüyü sınamaları daha çox görülür ki, bu da əməliyyatlıq sınıqlardır. 

Hazırda xəstələrdə müşahidə etdiyimiz vəziyyətlərdən biri də budur ki, xəsarət alma zamanı həkimə deyil, el ararasında tanınınan sınıqçılara müraciət edirlər. Sınıqçılara getməyin məsləhət olmadığını bildirərək, xüsusi qeyd etmək istəyirəm ki, bu şəxslərə müraciət edən bir çox xəstəmiz həyatlarına təsir edəcək qalıcı xəsarətlər veriblər. Müayinələr zamanı çox müşahidə etmişik ki, yerində olan bir sınığı sınıqçıya müraciət edərək, ayağını hərəkət etdirib, onun müdaxilə etməsi ilə artıq bu sınıq yerini dəyişən bir sınğa çevrilib və əməliyyatlıq olub, ondan əlavə həmin nahiyəyə toxunaraq xəstəni ağrı şokuna salıb. 

Qeyd edim ki, biləyimizi hərəkət etdirmək bizim üçün çox önəmlidir, əgər burda olan sınıq deformasiyali birləşibsə, və yaxud da oynaqda olan bir sınıqdırsa, bunu yaxuyla, xəmirlə bu kimi materiallarla qaynadaraq, bitişdirməyə çalışmaq gələcək funksiyanal pozuntu və daima ağrı ilə yaşama məcburiyəti verə bilər. Ondan sonra bu hadisə ağır fəsadlara - qanqrena, işemiya, sinirin qalıcı zədələnməsi yarada bilər. Yəni həmin nahiyənin kəsilmə və ömrünün sonuna kimi şikəst qala biləcək sonluğa gətirib çıxara bilər. Buna görə tövsiyə edirik ki, birinci növbədə vaxtında həkimə müraciət etsinlər. Xəstəxanada hansı gün olmağından asılı olmayaraq, təcili tibbi yardım xidməti fəaliyyət göstərir. 

Xəsarət alma zamanı onu, gecikdirib, günlərlə saxlamaq olmaz. Düzələr deyib çarə axtarmaq, zədənin ilk gündəki kimi sağalma nəticəsini gecikdirməkdir. Özümüzü qorumağın ən sadə yolu mövsümə uyğun düzgün ayaqqabı seçərək, ehtiyatlı olmaqdır. Unutmayaq ki, adi bir səhv, doğru atılmayan addım daha ciddi nəticələrə səbəb ola bilər. 

Səriyyə Salahova

Naxçıvan televiziyasının redaktoru

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: