Cəlilabadda qardaşı uşaqlarını öldürməyə cəhddə şübhəli bilinən əmiyə cinayət işi açılıb

A- A A+

Cəlilabadda 1 nəfəri qəsdən öldürmə, digər şəxsi isə qəsdən öldürməyə cəhd faktı üzrə cinayət işi başlanıb.

Bu barədə NUHÇIXAN-a Cəlilabad Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, fevralın 1-də Cəlilabad rayonu sakinləri, yetkinlik yaşına çatmamış D.V (şərti) və C.V-nin (şərti) müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya daxil olması, sonuncunun almış olduğu xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı cinayətin 1977-ci il təvəllüdlü Ə.Nağıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanıb, Ə.Nağıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: