Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 2026-cı ilin yanvar ayında minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.
ANAMA-dan NUHÇIXAN-a bildirilib ki, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 337, tankəleyhinə 37 mina və 1364 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həmçinin 1 738,3 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
