İnsan beyninin ən böyük hiyləsi illuziyanı reallıq kimi göstərməsidir. Halbuki biz dünyanı olduğu kimi deyil, beynimizin icazə verdiyi qədər görürük. Beyinin içindən çıxmaq istiyiriksə, ilk növbədə bizi bu reallığa bağlayan əsas qüvvəni dərk etməliyik. Nədir bu qüvvə? Təbii ki, cazibə qüvvəsi.
Cazibə qüvvəsi təkcə fiziki hadisə deyil. O, zamanın anlayışını yaradan əsas mexanizmdir. Zaman cazibə ilə birlikdə mövcuddur. Cazibə zəiflədikcə zaman anlayışı da itir. Zamanın olmadığı yerdə isə indi, keçmiş və gələcək birgədir.
Kainatda hər şey bir-birinə təsir edir. Bu təsir nəticəsində zəncirvari bir bağ yaranır. Vacib olan isə bu zəncirin hansı halqasında olduğumuzu deyil, ondan necə çıxa biləcəyimizi anlamaqdır. Zənciri qırmaq üçün cazibə qüvvəsinin təsirindən kənara çıxmaq lazımdır.
Təsadüfi deyil ki, Tibet rahibləri dağlarda yaşayırlar. Yüksəklik artdıqca oksigen azalır, bədən zəifləyir, lakin şüur dəyişir. Yerə daha az bağlı olan insan daha fərqli düşünür. Biz çalışmalıyıq ki, beynimizin içindən çıxaq.
Dağa birbaşa qalxanda aşağı baxıb qorxuruq, çünki yüksəklik şüura birbaşa toxunur. Amma eyni dağa dolanbac yollarla qalxdıqda, nə qədər yüksəldiyimizi hiss etmirik. Qorxu şüurun ani dərkindən yaranır. Düşünün ki, dağa bir başa çıxıb aşağı baxanda bərk qorxur və yüksəklidə olduğumuzu fərq edirik. Amma bu yolu dolayı qalxdıqda isə heç anlamırıq ki, nə qədər yuxarıdayıq.
Bəs niyə qorxuruq?
Çünki insan yerdən uzaqlaşdıqca cazibə qüvvəsi onu yenidən özünə çəkmək istəyir. Qurtuluş yoxdur kimi. Amma insan diqqətini yerə deyil, yuxarıya yönəldib iradəsini toplayanda daim yüksələ bilir. Onda görüntü də, səs də, qüvvə də itəcək. Və sən real həqiqət nədirsə onu görəcəksən. Deməli, hərəkətə mane olan yox, onu istiqamətləndirən cazibə qüvvəsidir.
Fizikaya baxsaq görərik ki, F - qüvvə, E - enerjidir. Deməli Nyuton qanunları bizə göstərir ki, hərəkət xarici təsirlərlə formalaşır. İnsan beyni də bu qanunlardan kənarda deyil. O da qüvvələrin təsiri altındadır. İndi özünüzə sual verin: Beynimizin içindən necə çıxa bilərik? Bunu düşünün və şüuraltında təkrar edin: Beyninin içindən çıx. Cazibə qüvvəsindən çıx. Bir müddət sonra hiss edəcəksiniz ki, özünüzdən xəbərsiz danışırsınız. Bu, şüurun nəzarəti itirdiyi andır.
Bəs cazibə nə zaman itir?
İki halda: suyun altında və dünyadan uzaqlaşdıqda. Televizoru elektrikdən çıxardıqda görüntü və səs itir. Su altında səsin itməsi də eyni məntiqdir. Suda boğulan insan səs edə bilmir. Deməli, su cazibə qüvvəsini tam yox etməsə də, onu zəiflədir.
İnsan bədənində su artdıqca, bədən yüngülləşir və suyun üzünə qalxır. Bu da göstərir ki, cazibə qüvvəsi maddənin sıxlığı ilə birbaşa əlaqəlidir. Cazibəni tam itirmək üçün isə yalnız bir yol qalır. Dünyadan uzaqlaşmaq. Ya da içimizə maqnit kimi yapışmış cazibə mexanizmini sıradan çıxarmaq.
Beyini bir cihaz kimi düşünün. Ona bağlı olan toku kəssək, görüntü də, səs də, məna da itəcək. Və yalnız o zaman real həqiqət ortaya çıxacaq. Eynilə 3D eynək kimi. Eynəyi taxanda hər şey fərqli görünür. Çıxaranda isə sadəcə çılpaq həqiqət qalır. Beyin bizə eynəyi çıxarmağa icazə vermir.
Biz Sağ əlimizlə sağ qulağımızı tutanda beyin bunu normal qəbul edir.
Amma sağ əlimizlə sol qulağımızı tutanda beyin qısa müddətlik çaşır. Çünki hissiyat beyinə deyir ki, bu əl bu bədənə aid deyil. Deməli, həqiqətə çatmaq üçün beyni çaşdırmaq lazımdır. Varlıqla yoxluq arasındakı görünməz cizgiyə çatmaq üçün yanıb, əriyib, mayeyə çevrilmək lazımdır. Fəqət buxarlanmaq olmaz. Çünki buxarlansan, öləcəksən.
Heç sual vermisinizimi özünüzə, niyə bütün bunlar var deyə?
Niyə bu qədər dəqiqliklə qurulmuş kainat yaradılıb? Tanrı bu sistemin harasındadır? Bəlkə gördüyümüz, eşitdiyimiz hər şey beynimizin oyunudur. Bəs onda iki insanın eyni anda bir-birini düşünməsi necə baş verir? Ola bilsin ki, beyinlər bir-biri ilə dalğa vasitəsilə əlaqə saxlayır. Bu bəlkə də elmdir, amma hələ bilmədiyimiz bir elm.
Texnologiya inkişaf etdikcə biz daha çox məşğul edilirik. Sanki həbsxananın divarlarını bəzəyiblər ki, içində olduğunu unudasan. Bəlkə də bizə göstərilən dünya ilə həqiqi dünya arasında uçurum var. Bəs onda niyə ölümü sevmirik? Bəlkə ölüm azadlıqdır? Bəlkə indi yoxuq? Kəpənəyi düşünün. Hər kəs kəpənək ola bilmir. Ya qanadı çıxmır, ya da uça bilmir. Gözlərimiz beynimizin pəncərələridir. Bu dünyada gözlərimizi yumanda, iç dünyamıza açılır. Deməli, həqiqi dünya içimizdədir. Xarici dünya isə illuziyadır. İki dünya var. Biri sənin içində olan. Biri sənin içində olduğun. Mövlana boşuna demirdi: “İçindəki içindədir.” Bəs beynimizin içindən çıxdıqdan sonra bizi nə gözləyir? Bəlkə də həqiqət.
Baxın yaşadığımız dünyaya. Kim yarını tapırsa onu sevir. Əslində onu sevmir elə yarısını tapdığı üçün yenə sevdiyi özüdür. Yəni hər kəs özünü sevir.
İndi oxuyub araşdırdıqca bəlli olur ki, keçmiş Yunan, Misir əfsanələri və yüksək elmin inkişafı nə qədər real imiş. Deməli biz gələcəyə doğru yox, keçmişə doğru yol almışıq. Vaxt gələcək insan o qədər inkişaf edəcək ki, birbaşa istədiyi adamın beyninə qoşulacaq. Bu zəka üçün deyilənlərə inanmaq əvəzinə təxəyyülümüzü inkişaf etdirib kainatın sirrini aça bilsək əlçatmaz bütün hiss və arzuların bir addımlığında olacayıq. Dediklərimin həqiqət olduğunu anlamaq istiyirsinizsə bir başqasının gözünə baxın. Əgər o gözlərdə özünüzü görürsünüzsə sizə sual edirəm: Niyə başqasının gözündə o gözlərin sahibini yox da, özünüzü gördünüz?
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru
