Yol Polisi sürücülərə müraciət edib

A- A A+

“Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, qaydalara əsasən piyada keçidi üzrə və ya piyadaların hərəkətinə icazə verilən yerlərdə onların hərəkət sürətini, trayektoriyasını, eləcə də yol və hava şəraitini nəzərə almalı, nəqliyyat vasitəsinin sürətini vaxtında azaltmalı və piyadaların təhlükəsiz keçidinə mane olmamalıdırlar”.

NUHÇIXAN xəbər verir ki, bu, BDYPİ-nin xəbərdarlığında qeyd edilib.

“Unutmaq olmaz ki, piyadanın yolu təhlükəsiz şəkildə keçməsi üçün ona şəraitin yaradılması sürücünün diqqətindən, məsuliyyətindən və düzgün davranışından asılıdır.

Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücüləri piyada keçidlərinə yaxınlaşarkən daha diqqətli olmağa, piyadaların təhlükəsiz həyat hərəkətini üstün tutmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır”, - xəbərdarlıqda bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: